“Müqavilə ilə bağlı qərarı klub verəcək” – PSJ-nin futbolçusu
PSJ-nin yarımmüdafiəçisi Marko Verratti gələcək karyerası ilə bağlı açıqlama verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, italiyalı futbolçu, Paris təmsilçisinin heyətində xoşbəxt olduğunu və uzun müddət bu klubda oynamaq istədiyini deyib:
“Hər zaman burda özümü yaxşı hiss etdiyimi demişəm. Artıq 7 ildir ki, burdayam və hələ də, ilk gündəki kimi həvəslə oynayıram. PSJ-nin layihəsinə və bütün komanda yoldaşlarıma inanıram.
Müqavilə ilə bağlı qərarı klub verəcək. Klubla hələ iki illik müqaviləm var. Bununla bağlı danışmaq üçün doğru zaman deyil. Buna baxmayaraq, bu komandada uzun müddət oynamaq istəyirəm”.
2012-ci ildən PSJ-də çıxış edən 26 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 31 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin