“Məndə qarışıq hisslər var” – “Mançester Yunayted”in futbolçusu

“Mançester Yunayted”in yarımmüdafiəçisi Meyson Maunt komandada debüt qolundan sonra keçirdiyi emosiyalardan danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu mövsümü yüksək səviyyədə başa vurmaq üçün çalışacaqlarını bildirib:

“Məndə qarışıq hisslər var, amma bu komanda üçün ilk qolu qeyd etməkdən qürur duyuram! Çalışacağıq ki, mövsümü yüksək səviyyədə başa vuraq. Dəstəyiniz üçün təşəkkür edirik”.

25 yaşlı futbolçu 30-cu turda “Brentford”la matçda (1:1) qol vurub. 90+6-cı dəqiqədə Maunt hesabı açsa da, 3 dəqiqə sonra “qırmızı şeytanlar” qələbəni əldən veriblər.

Maunt bu mövsüm bütün turnirlərdə 14 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button