
“Məndə qarışıq hisslər var” – “Mançester Yunayted”in futbolçusu
“Mançester Yunayted”in yarımmüdafiəçisi Meyson Maunt komandada debüt qolundan sonra keçirdiyi emosiyalardan danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu mövsümü yüksək səviyyədə başa vurmaq üçün çalışacaqlarını bildirib:
“Məndə qarışıq hisslər var, amma bu komanda üçün ilk qolu qeyd etməkdən qürur duyuram! Çalışacağıq ki, mövsümü yüksək səviyyədə başa vuraq. Dəstəyiniz üçün təşəkkür edirik”.
25 yaşlı futbolçu 30-cu turda “Brentford”la matçda (1:1) qol vurub. 90+6-cı dəqiqədə Maunt hesabı açsa da, 3 dəqiqə sonra “qırmızı şeytanlar” qələbəni əldən veriblər.
Maunt bu mövsüm bütün turnirlərdə 14 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin