“İnsanlar bu uğurun əhəmiyyətini azaltmağa çalışırlar” – “Barselona”nın prezidenti

İspaniya kubokunun final matçında “Valensiya” ilə qarşılaşacaq “Barselona”nın prezidenti Xosep Maria Bartomeu açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, mövsümü dəyərləndirən klub rəhbəri, futbolçuları ilə qürur duyduğunu deyib:

“La Liqada ciddi fərqlə qalib gəldik, çempionluğumuzu bir neçə həftə əvvəl elan etdik. Bu, möhtəşəm uğurdur. İnsanlar bu uğurun əhəmiyyətini azaltmağa çalışırlar. Azarkeşlərin çoxu bununla kifayətlənmir, çünki uğurlara öyrəşiblər. Bu mövsüm Çempionlar Liqasını qazanacağımıza inanırdıq, amma olmadı. Buna baxmayaraq, komandamla qürur duyduğumu vurğulamaq istəyirəm. Bu komanda ilə hər kəsin qürur duyması lazımdır. La Liqanı qazandıq, kral kubokunda finaldayıq. Uğurlu mövsüm keçirdiyimizi düşünürəm”.

Bartomeu baş məşqçi Ernesto Valverde haqqında da danışıb:

“Valverdeyə tamamilə güvənirik. Bu mövsüm bitdikdən sonra növbəti mövsümə hazırlaşmağa başlayacağıq”.

“Barselona” ilə “Valensiya” arasında keçiriləcək final qarşılaşması mayın 25-də, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button