“Bu komanda ilə qazandığım bütün titullar xüsusi və unikaldır”
“Mançester Siti”nin müdafiəçisi Con Stons 2022/23 mövsümü üzrə qazandıqları ölkə çempionluğu barədə danışıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, Mançester təmsilçisi ilə qazandığı titulları xüsusi və unikal adlandırıb:
“Etdiyim ən çılğın xəyallarda belə, beş dəfə İngiltərə Premyer Liqasının qalibi olacağımı düşünə bilməzdim. Danışmaq çətindir. Bu komanda ilə qazandığım bütün titullar xüsusi və unikaldır”.
Ölkə çempionatının 37-ci turunda “Arsenal” “Nottingem Forest”ə uduzub və “Mançester Siti”nin çempionluğu rəsmiləşib. “Şəhərlilər” isə evdə “Çelsi”ni məğlub edib (1:0).
Mançester təmsilçisi ardıcıl üçüncü dəfə Premyer Liqanın qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin