“Bu, klubun işidir” – Keyn
İngiltərəli hücumçu Harri Keyn çıxış etdiyi “Tottenhem” haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, klub rəhbərliyinin ən yaxşı qərarı verəcəyini bildirib:
“Komandaya yeni baş məşqçi təyin etmək? Bu, klubun işidir. Hər şey mövsümün sonunda klub prezidenti ilə dialoq quraraq yekunlaşsa, əminəm ki, o, nə fikirləşdiyini mənə deyəcək. Klub həm futbolçular, həm də azarkeşlər üçün ən yaxşı qərarı verəcək”.
Öncədən “Tottenhem”in Yulian Naqelsmannı baş məşqçi postuna gətirmək istədiyi bildirilirdi.
Paytaxt təmsilçisi hazırda Premyer Liqanın turnir cədvəlində 57 xalla 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin