“Daha çox şey istəyə bilməzdim” – Modriç
“Real”ın yarımmüdafiəçisi Luka Modriç İspaniya klubunda 500-cü oyununu keçirməsi ilə bağlı təəssüratlarını bölüşüb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, xorvat futbolçu klubda nail olduğu bu göstəriciyə görə xoşbəxt olduğunu bildirib:
“Bu klubu dəfələrlə təmsil etdiyim üçün çox fəxr edirəm. “Real”da belə bir rəqəmə çatmaq və onu qazanmaq… Daha çox şey istəyə bilməzdim. Tarixin ən böyük klubunda bu göstəriciyə nail olduğum üçün çox şadam. Bu klubda nəyə nail olduğumu hələ dərk etmirəm. Bu, böyük rəqəmdir. Bu rəqəmlər məni ruhlandırır, çünki bir çox oyunçu buna nail ola bilməyib”.
İspaniya çempionatının son turunda, “Barselona” ilə “Real”ın qarşılaşmasında Modriç 63-cü dəqiqədə meydana daxil olub. Bu, onun Madrid klubunun heyətində 500-cü oyunu olub.
“Real” “Barsa”ya 2:1 hesabı ilə qalib gəlib.
Bizi Facebook-da izləyin