
“Bu Klublararası dünya çempionatı üçün böyük iddialarımız var idi”
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva komandasının Klublararası dünya çempionatının 1/8 final mərhələsində “Əl-Hilal”a (3:4) məğlubiyyəti ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, tətilə erkən getmək istəmədiklərini söyləyib:
“Heç kim uduzmaq istəmirdi, heç kim tətilə erkən getmək istəmirdi. Təəssüflər olsun ki, təqvim çılğın olduğu üçün tətil etməməyə öyrəşmişik. Amma turnirdə olanda buna çox ciddi yanaşırıq. Bu Klublararası dünya çempionatı üçün böyük iddialarımız var idi və qalib gəlmək istəyirdik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin