“Bu klubda oynamaq mənim üçün böyük şərəfdir”
“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays London klubunda oynayarkən duyğularını bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu bu il daha güclü olduqlarını bildirib:
“Bu il biz daha güclüyük və daha çox inamımız var. Darıxanda həmişə oyuna qayıdacağımıza inanırıq. Düzünü desəm, bu klubda oynamaq mənim üçün böyük şərəfdir”.
25 yaşlı oyunçu 2023-cü ilin iyulunda “topçular”a qoşularaq 5 illik müqavilə imzalayıb. Onun “Vest Hem”dən transferinin məbləği 116 milyon avro olub.
Rays bu mövsüm 36 matçda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin