“Bu klubda biz həmişə mübarizə aparmalıyıq” – MY-nin qapıçısı

“Mançester Yunayted”in qapıçısı Andre Onana komandanın cari mövsümdəki çıxışını dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kamerunlu qolkiper hər görüşdə mübarizə aparmaq lazım olduğunu bildirib:

“Bəzən uduzmaq olar, amma hər görüşdə mübarizə aparmaq lazımdır. Bəzən səhv edirik, bu, həyatın bir hissəsidir. Bu klubda biz həmişə mübarizə aparmalıyıq”.

“Qırmızı şeytanlar” hazırda 15 xalla Premyer Liqada turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 11-ci turda “Mançester Yunayted” “Fulhem”lə qarşılaşacaq. Oyun noyabrın 4-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button