“Bu, klub üçün xüsusi məqamdır” – Xabi Alonso

“Bayer”in baş məşqçisi Xabi Alonso komandasının Almaniya çempionatında qızıl medal qazanmağından sonra duyğularını bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda azarkeşlərə təşəkkür edib:

“Bu, klub üçün xüsusi məqamdır. 120 ildə ilk dəfə Bundesliqanı qazanmaq xüsusi bir şeydir. Oyunçular zirvədədir, bu, yüksək komandadır. Mən hər kəslə fəxr edirəm və burada işləmək şərəfdir. Mövsümboyu inanılmaz dəstəyə görə hər kəsə təşəkkür edirəm. İndi biz daha çox şey istəyirik!”

Aprelin 14-də Almaniya Bundesliqasının 29-cu turunun “Bayer” – “Verder” qarşılaşması baş tutub. Komandalar Leverkuzendəki “Bay Arena”da qarşılaşıblar. “Bayer” 5:0 hesabı ilə inamlı qələbə qazanıb.

“Bayer” Almaniya Bundesliqasında keçirdiyi 29 oyundan 79 xal toplayıb. Bunun sayəsində turnirin bitməsinə artıq 5 tur qalmış komanda ölkə çempionatının turnir cədvəlində birinci yeri təmin edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button