“Tottenhem” çox səhv zamanda mənimlə yollarını ayırdı”

Bir müddət əvvəl “Tottenhem”dən “Atletiko”ya transfer olunan Kiran Trippyer açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi, Premyer Liqada qalmaq istədiyini deyib:

“Bütün mövsüm ərzində hansısa bəhanəm yox idi. Pis çıxışlarım qış fasiləsindən sonra başladı. Klubun məni satmaq istədiyini eşidirdim. Heç də yaxşı hal deyildi, amma bu, futboldur. Baş məşqçimiz Maurisio Poçettino mənimlə davam etmək istədiyini demədi. Klub rəsmiləri ilə danışsam da, onlar da mənə yekun cavab demirdilər. Bu, təəssüfləndiricidir. Bu klub üçün hər şeyi etmişəm və orda qalmaq istəyirdim. Bunlara baxmayaraq, baş məşqçiylə pis ayrılmadıq. O, mənim üçün çox şey edib, mən də ona hörmət edirəm.

Bu, asan qərar deyildi. Premyer Liqanı sevirdim və orda qalmaq istəyirdim. Düşünürəm ki, “Tottenhem” çox səhv zamanda mənimlə yollarını ayırdı. Çünki zədədən sonra formamı bərpa etmək, hazır olmaq üçün 4 həftəyə ehtiyacım var idi. Bütün bunlara baxmayaraq, La Liqaya gəldiyim üçün peşman deyiləm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button