“Çox xoşbəxtəm” – “Barselona”nın futbolçusu
“Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Rafinya Dias komandasının “Valyadolid” üzərində 7:0 hesablı qələbəsindən sonra açıqlama verib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu komandasının qələbə qazanmasına kömək etdiyi üçün xoşbəxt olduğunu bildirib:
“Bu, karyeramın ən yaxşı oyunlarından biri idi. İlk het-trikimi etdim, komandanın qələbə qazanmasına kömək etdiyim üçün çox xoşbəxtəm. Bu mövsüm mənim üçün önəmlidir, zirvədə olmaq istəyirəm. Komandamız hər zaman çox qol vurmağa çalışır”.
Kataloniya klubu İspaniya çempionatının dörd turundan sonra 12 xal toplayıb. Hans-Diter Flikin yetirmələri beşinci yerdə olan “Real”ı 7 xal qabaqlayaraq, birinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin