
“Bu, karyeramın ən pis məqamıdır” – Neymar
Braziliya millisinin və “Əl-Hilal”ın hücumçusu Neymar Uruqvay yığması ilə oyunda (0:2) aldığı zədəni şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, dəstək sözlərinə görə hər kəsə təşəkkür edib:
“Bu, karyeramın çox kədərli və ən pis məqamıdır. Güclü olduğumu bilirəm, amma bu dəfə dostlarıma və ailəmə daha çox ehtiyacım olacaq. Zədələrdən və əməliyyatlardan keçmək asan deyil. 4 ay sağaldıqdan sonra bütün bunları yenidən yaşamalı olduğunuzu təsəvvür edin. Dəstək sözlərinə görə hər kəsə təşəkkür edirəm”.
DÇ-2026-nın seçmə mərhələsində Uruqvay millisinə qarşı keçirilən oyunun birinci yarısının sonunda Neymar Riçarlisonla əvəzlənib. 31 yaşlı futbolçuya sol dizində çarpaz bağ və menisk yırtığı diaqnozu qoyulub.
Bizi Facebook-da izləyin