“Bu, karyeramın ən yaxşı altı ayı idi” – Obameyanq

“Marsel”in hücumçusu Pyer-Emerik Obameyanq “Barselona”da keçirdiyi vaxtdan danışıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, qabonlu futbolçu Kataloniya klubunda keçirdiyi vaxtların inanilmaz olduğunu deyib:

“Bu, karyeramın ən yaxşı altı ayı idi. Heç vaxt futbol oynamaqdan və məşq etməkdən bu qədər əylənməmişdim. Hətta həftə sonları da məşqlərə gedirdim. Bu, inanılmaz idi”.

34 yaşlı hücumçu 2022-ci ildə “Barselona”da çıxış edib. O, İspaniya klubunda 24 oyun keçirib, 13 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button