“Bu işin öhdəsindən gəldik” – Maksim Medvedev
Futbol üzrə Azərbaycan milli komandasının kapitanı Maksim Medvedev bu gün Bakıda Litva yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, qolsuz bitən oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Belə oyunlar olur. Xorvatlarla oyundan sonra istəyirdik ki, bu görüşdə qol vuraq. Buna çalışırdıq. Müdafiəçilərin əsas işi isə bu oyunda qol buraxmamaq idi. Düşünurəm ki, bu işin öhdəsindən gəldik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin