“Bu, işimizi asanlaşdırır” – Mane
“Liverpul”un futbolçusu Sadio Mane UEFA superkubokunda “Çelsi”ni məğlub etdikləri oyundan sonra açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, seneqallı hücumçu, qələbə qazandıqları matçla bağlı bunları deyib:
“Futbolun içində qazanmaq da var, uduzmaq da. Buna görə də yüz faizinizlə oynaya bilmirsiz. Qalib gəlmək üçün əlimizdən gələni etdik. Buna görə də qürurlu və xoşbəxtik.
Stadiondakı atmosfer möhtəşəm idi. Sanki öz meydanımızda oynayırdıq. Dünyanın ən yaxşı azarkeş qrupuna sahibik. Bu da bizə üstünlük verir. Meydanda 11 nəfərə qarşı 12 oluruq. Bu, işimizi asanlaşdırır. İrəliləməyə davam edəcəyik”.
“Liverpul” – “Çelsi” matçının əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Əlavə vaxtda da bərabərlik qeydə alınıb – 2:2. Bu üzdən də, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Liverpul” superkubokun sahibi olub.
Bizi Facebook-da izləyin