“Bu, indiyə qədər gördüyüm ən güclü “Liverpul”dur” – Emeri
“Vilyarreal”ın baş məşqçisi Unay Emeri Çempionlar Liqasının yarımfinalında “Liverpul”a qarşı keçirəcəkləri ilk oyunla bağlı gözləntilərini bölüşüb.
Komanda.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan Emeri, hazırkı “Liverpul”u öz tarixinin ən yaxşı komandası adlandırıb:
“Çempionlar Liqasının yarımfinalına çıxan istənilən klub belə nəticəyə layiqdir. “Liverpul” yaxşı bilir ki, biz müntəzəm olaraq avrokuboklarda oynayırıq, “Yuventus” və “Bayern” kimi iki böyük komandanı sıradan çıxara bilmişik. Rəqib başa düşür ki, asan olmayacaq. Təbii ki, “Liverpul” özünü favorit hesab edəcək, amma bizə hörmətlə yanaşacaq.
Bu, indiyə qədər gördüyüm ən güclü “Liverpul”dur. Düşünürəm ki, bizim üçün tarixin ən yaxşı “Liverpul”unu məğlub etməyə çalışmaq əlavə motivasiya olacaq”.
“Liverpul” – “Vilyarreal” matçı bu gün keçiriləcək və saat 23:00-da başlayacaq.
Bizi Facebook-da izləyin