
Səudiyyə Ərəbistanı klubuna keçən bombardirdən vida sözləri
İtaliyalı hücumçu Mateo Reteqi “Atalanta”da karyerasını başa vurub və Səudiyyə Ərəbistanının “Əl-Qadisiya” klubu ilə müqavilə imzalayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, forvard transfer olunmazdan əvvəl İtaliya klubuna və azarkeşlərə təşəkkür edib:
“Bu inanılmaz il üçün təşəkkür edirəm, “Atalanta”. Belə bir böyük klubun üzvü olmaqdan qürur duyurdum. Mən hər kəsə minnətdaram – məşqçilərdən, həkimlərdən tutmuş, hər gün bizə rahatlıq verən heyətə qədər. Rəhbərliyə etimada, tərəfdaşlara isə dəstək və atmosferə görə xüsusi təşəkkürlər. Bu mərhələ mənim ürəyimdə qalacaq. Mən hərarət və qürurla ayrılıram. İrəli, “Atalanta!”
Transfer 67 milyon avro təşkil edib və tərəflər arasında müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.
Reteqi son mövsümdə 25 qolla A Seriyasının bombardiri olub. O, “Atalanta”nın heyətində 49 oyuna çıxıb, 28 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin