Dopinqə “ilişən” azərbaycanlı idmançıların adları bilindi
Bu il dopinqə düşdüyü təsdiqlənmiş Azərbaycan idmançılarının sayı bilinib.
Komanda.az xəbər verir ki, onların sayı 7 nəfərdir. 2019-cu ildə hərbçi idmançılar arasında keçirilmiş 7-ci dünya oyunlarının bürünc mükafatçısı, yunan-Roma güləşçisi Mikayıl Rəhmanov 4 illik cəzalandırılıb.
Ötən il Moskvada keçirilmiş pauerliftinq üzrə dünya çempionatında gümüş medal qazanmış Kamran Lazımov və bürünc mükafatçı Aydın Hümbətov müvafiq olaraq 4 və 8 illik cəza alıb. Hümbətovun cəzasının çoxluğu 3 antidopinq qayda pozuntusuna yol verməsi və “idmançı və ya digər şəxs tərəfindən dopinq nəzarətinin hər hansı bir hissəsinin saxtalaşdırılması və ya saxtalaşdırma cəhdi”nin olması ilə bağlıdır.
Karateçi Arzu Hüseynova da 4 illik cəzaya məhkum edilib.
Basketbolçu Valeri Ramazanov və yanvarda keçirilmiş boks üzrə son Azərbaycan çempionatının bürünc medalçısı Elməddin İsmayılov 2 illik cəzalandırılıb.
Həmçinin, karatenin kata növündə əvvəllər Azərbaycanı təmsil etmiş İran əsilli Neda Rezayi 4 illik cəza alıb.
Bizi Facebook-da izləyin