“Bu il Çempionlar Liqası kampaniyasına çox yaxşı başladıq” – De Yonq
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Antverpen” üzərində qazanılan qələbəni (5:0) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçi bunlari söyləyib:
“Əvvəlki iki illə müqayisədə bu il Çempionlar Liqası kampaniyasına çox yaxşı başladıq. Etməli olduğumuz işi görsək və yaxşı etsək, bu mövsüm yaxşı formada ola bilərik”.
Eyni zamanda o, komandaya yeni qoşulan Joao Kanselonun üstünlüyündən söz açıb:
“Kanselo müdafiəçidir, lakin tez-tez yarımmüdafiəyə keçir. Bu, onun üstün keyfiyyətlərindən biridir.
Biz yaxşı başlamışıq, lakin hələ görüləsi çox şey var. İndi uzunmüddətli hədəflər haqqında danışmağın vaxtı deyil”.
“Barselona” H qrupunda 3 xalla turnir cədvəlinə başçılıq edir. “Antverpen” sonuncudur (0 xal).
Bizi Facebook-da izləyin