“Bu iki oyunun tempi arasında xeyli fərq var idi” – Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 1:0 hesablı qələbi belə şərh edib:

“Azər Bağırova uğurlar arzu edirəm. Məsuliyyətli işin altına girdi. Bu gün də ilk oyundaca meydanda tamam başqa kollektivin olduğunu gördük.

Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi. Oyunun keyfiyyəti aşağı idi. Meydança amili hər iki komandaya təsir edirdi.

Bu gün “Kopenhagen”lə oynayan kollektiv yox idi. Düzdür ki, istəkli idilər, lakin digər oyunun ab-havası hələ getməmişdi.

Yorğunluq var idi. Həm də oynamayan futbolçular var ki, onlar bir-iki oyun oynasalar, düzələrlər. Ən əsas meydança amili var idi. Avropadakı oyunla bu oyunun tempi arasında xeyli fərq var idi.

Bizə bəzən kollektiv şəkildə istirahət çox önəmli olur. Əsas düzgün istirahət etməkdir. Millinin oyunçularında həm psixoloji cəhətdən, həm də fiziki baxımdan yorğunluq olacaq. Psixoloji yorğunluq məni ən çox narahat edəndir. Biz belə rejimə, tempə az öyrəşmişik. Bəlkə də, bu qədər templə oynasaq, futbolçularımız fiziki cəhətdən çatdırmaya bilər və ya bəlkə də, bizə xeyri olacaq.

Keçmiş futbolçularımızın hazırda heyətimizdə olması ilə bağlı bir düşüncəm olsa da, bunun önəmi yoxdur. Amma mən hamısını istərdim və sevinərdim”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button