“Bu iki komanda arasında daim prinsipiallıq olub”
Sabah futbol üzrə Azərbaycan birinci divizionunda 8-ci tura start veriləcək.
Komanda.az xəbər verir ki, turun açılış matçında “Kəpəz” ilə “Turan Tovuz” üz-üzə gələcək.
Qərb derbisi öncəsi “Kəpəz”in icraçı direktoru İlqar Nadiri komanda üzvləri ilə görüşüb.
O, klubun mətbuat xidmətinə açıqlamasında sabahkı qarşılaşmanın maraqlı mübarizə vəd etdiyini bildirib:
“Oyuna maraq var. Gəncə və Tovuz komandalarının görüşü həmişə gərgin ab-havada keçib. Yəqin ki, indi də elə olacaq. Bu komandaların hansı liqada oynamasından asılı olmayaraq, aralarında daim prinsipiallıq olub. Bu üzdən də belə oyunlar derbi adlandırılır. Sabah azarkeşlərimizi stadionda gözləyəcəyik. Matçı “CBC Sport”un yayımlaması da çox şeyi deyir”.
“Kəpəz” – “Turan Tovuz” matçına saat 14:00-da start veriləcək.
Bizi Facebook-da izləyin