“Bu, hörmətsizlikdir” – Ronaldonun bacısı
“Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun bacısı Elma Aveyro qardaşının İngiltərə klubundakı mövqeyinə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qardaşına qarşı hərəkəti hörmətsizlik adlandırıb.
“Nə olur olsun, hər şeyi yaxşı görürəm. Bu, Ronaldoya hörmətsizlikdir” – Elma sosial media hesabında yazıb:
Ronaldo İngiltərə Premyer Liqasının 12-ci turunun “Tottenham”lə oyunu (2:0) sona çatmamış ehtiyat oyunçular skamyasını tərk edib. O, əşyalarını götürüb və oyundan sonra paltardəyişmə otağına girmədən “Old Trafford” stadionunu tərk edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin