“Bu hissləri sözlə ifadə etmək mümkün deyil”
“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges Malinovski Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində Kipr “Omoniya”sı üzərində qazandıqları qələbə və dubla imza atması barədə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, braziliyalı futbolçu 4:1 hesabıyla qalib gəldikləri matçdan sonra sosial şəbəkə hesabında bunları qeyd edib:
“Həyatımda baş verənlərə görə Tanrıya minnətdaram. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Belə anlar mənim qəlbimə həkk olunur. Çox gözəl komandamız və ailəmiz var”.
Qeyd edək ki, Kadi Borges “Omoniya” ilə matçın 52 və 90+4-cü dəqiqələrində fərqlənib. Onun bu oyunda vurduğu ilk qol isə Konfrans Liqasında 2-ci turun ən yaxşısı seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin