“Bu, heyrətamiz emosiyadır” – Yeni kapitan
“Yuventus”un müdafiəçisi Federiko Qatti kapitan rolunun onun üçün nə demək olduğundan danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu, baş məşqçinin ona böyük fürsət verdiyini bildirib:
“Baş məşqçi mənə bu böyük fürsəti verdi. Bu, heyrətamiz emosiyadır və mən komanda yoldaşlarım, baş məşqçim və azarkeşlərimiz üçün hər şeyi verməyə çalışıram”.
Baş məşqçi Tiaqo Motta Qattini paltardəyişmə otağının yeni lideri etmək qərarına gəlib.
“Yuventus” A Seriyasının ilk üç turunda 7 xal toplayıb. Mottanın yetirmələri dünən öz meydanında “Roma”nı məğlub edə bilməyib (0:0).
Turin klubu ötən mövsüm A Seriyasını 3-cü pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin