“Bu, heç vaxt unutmayacağım bir an idi” – “Liverpul”un hücumçusu
Çempionlar Liqasının final oyununda “Tottenhem”i 2:0 hesabı ilə məğlub edən “Liverpul”un hücumçusu Divok Origi matçdan sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, belçikalı futbolçu, inanılmaz gecə yaşandığını deyib:
“Komandamın ikinci qolunu vurduğum üçün xoşbəxtəm. Bu, heç vaxt unutmayacağım bir an idi. Bizim üçün inanılmaz bir gecə oldu. Biz bunu komanda olaraq bacardıq. Klub, komanda və şəhər üçün çox gözəl anlar yaşayırıq. Bunun həzzini yaşamalıyıq.
Çempionlar Liqasını qazanmaq çətindir. Biz burda komanda olaraq mübarizə apardıq. Bu, mənim ilk kubokumdur. Keçənilki finalla müqayisədə, bu dəfə daha yaxşı hazırlaşmışdıq. Məncə, bu mövsüm komanda olaraq daha yaxşı işləyib, özümüzü inkişaf etdirdik, keçmişdə yaşadıqlarımızı dəyərləndirdik. Bizim çox gənc və uğurlu bir komandamız var”.
Bizi Facebook-da izləyin