“Bu heç-heçə bizim üçün vacib idi” – “Keşlə”nin məşqçisi
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun köməkçisi Zaur İsmayılov Premyer Liqanın 26-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında əvvəlcə bunları söyləyib:
- Maraqlı oyun keçdi. Bizə xal lazım idi. Bir neçə məğlubiyyətdən sonra bu nəticə vacib idi. Futbolçuları təbrik edirəm.
- Heyətdə dəyişikliklər etmişdiz. Denis Silvanın yarımmüdafiədə oynaması kimin qərarı idi?
- Denis bu mövqedə əvvəl də oynayıb.
- Vurulan qolla bağlı narazıçılıq var, epizodu gördüzmü?
- Oyun təzə bitib, görməmişik.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin