“Liverpul”un baş məşqçisinin cavab vermək istəmədiyi sual

“Liverpul”un baş məşqçisi Arne Slota Məhəmməd Salah, Vircil van Dayk və Trent Aleksander-Arnoldun gələcəyi ilə bağlı sual verilib.

Hər üç oyunçunun “qırmızılar”la hazırkı sözləşməsi cari mövsümün sonunda başa çatacaq.

Komanda.az “Amazon Prime”-a istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı müqavilələr mövzusunu açıq müzakirə etmədiklərini bildirib:

“Biz müqavilələr mövzusunu açıq müzakirə etmirik. Bu haqda mətbuatda danışmaq mənim işim deyil. Salah bu gün yaxşı oynadı, Van Dayk əla idi və Trent ikinci hissədə həqiqətən yaxşı idi”.

Slotun yetirmələri İngiltərə çempionatında keçirdiyi son matçda “Lester”i 3:1 hesabı ilə məğlub edib. Komanda hazırda 42 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button