“Təhdidlərə məruz qalmışam” – Messiyə tüpürdüyü deyilən futbolçu
Argentina millisinin hücumçusu Lionel Messinin kürəyinə tüpürən Paraqvay yığmasının futbolçusu Antonio Sanabria argentinalı azarkeşlərin özünü və ailəsini təhdid etdiyini bildirib.
Komanda.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Hesab edirəm ki, ortaya çıxıb baş verənləri təkzib etmək lazımdır. Bu vəziyyətdən ailəmin necə əziyyət çəkdiyini görürəm və baş verməyən bu hadisəyə görə şəxsən mən dəfələrlə təhdidlərə məruz qalmışam. Mən heç vaxt peşəkar həmkarıma və ya başqa bir insana belə bir şey etməzdim. Mən belə bir şey etməklə qızlarıma hansı nümunəni göstərərdim? Bütün videoları izləməyinizi tövsiyə edirəm”.
İnsident Paraqvay və Argentina millilərinin qarşılaşdığı 2026-cı il dünya çempionatının seçmə mərhələsinin son oyunu zamanı baş verib. Bu oyunda argentinalılar 1:0 hesabı ilə qalib gəliblər.
Bizi Facebook-da izləyin