“Mançester Yunayted”ə keçidi elan olunacaq – Bu həftə

“Çelsi”nin yarımmüdafiəçisi Meyson Mauntun “Mançester Yunayted”ə keçəcəyi deyilir. Hətta onun klubla imzalayacağı müqavilənin detalları da açıqlanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan sözləşmə imzalanacaq. Daha sonra müqavilənin müddəti bir il də uzadıla bilər.

“Qırmızı şeytanlar” onun keçidi üçün “Çelsi”yə 55 milyon funt-sterlinq və bonus olaraq 5 milyon funt-sterlinq ödəyəcək. Transferin bu həftə rəsmən elan ediləcəyi gözlənilir.

Maunt “zadəganlar”ın yetirməsidir. O, 2022/23 mövsümündə 35 oyuna çıxıb, üç qol vurub və altı məhsuldar ötürmə edib. Onun London klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button