Nesta Maldinini müdafiə etdi
“Milan”ın sabiq futbolçusu Alessandro Nesta Paolo Maldininin klubdan qovulmasına münasibət bildirib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, bu hərəkətin məntiqi izahının olmadığını bildirib:
“Klubda nə baş verdiyini bilmirəm. Lakin bu hərəkətin məntiqi izahı yoxdur. Məncə, İtaliyaya gedən xaricilər bir məsələdə üstün ola bilərlər: onlar çoxlu pul və yeni ideya gətirirlər. “Real”ın baş məşqçisi Karlo Ancelottinin dediyi kimi, “onlar klubun tarixini öyrənməlidirlər”.
Xatırladaq ki, Maldininin klubun İdarə Heyətinin üzvlərindən biri ilə mübahisə etdiyi üçün qovulduğu bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin