
Kazemiro Ançelottinin ofisində ağlayıb
Braziliya millisinin və “Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro “Real”dan ayrıldığı vaxtı xatırladıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Madrid klubundan ayrıldığı zaman ağladığını deyib:
“Mançester Yunayted”lə müqavilə imzalanan gün Karlo Ançelottinin (“Real”ın baş məşqçisi) ofisinə girdim və ağladım. Bu, həqiqətən çox pis olduğum yeganə an idi”.
Kazemiro 2022-ci ilin yayında “Real”dan “Mançester Yunayted”ə keçib. Onun transfer məbləği 70 milyon avro olub. Braziliyalı yarımmüdafiəçi “qırmızı şeytanlar”la 2026-cı ilin ortalarına qədər olan müqavilə imzalayıb. O, bu mövsüm 25 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin