Sabiq baş məşqçisi “Kəpəz” haqda: “Nələrisə demək hələ çox tezdir”

“Kəpəz” dünən Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün ilk turunda “Sumqayıt”a 0:3 hesabı ilə məğlub oldu.

Bölgə təmsilçisinin sabiq baş məşqçisi Azər Bağırovun dünənki oyunu izləyib-izləmədiyini soruşduq. Bağırov Komanda.az-a açıqlamasında keçmiş komandasının oyunu ilə bağlı bunları dedi:

“Dünənki oyunu izlədim. İlk 15-20 dəqiqə maraqlı mübarizə şəraitində keçdi. 20 dəqiqədən sonra oyun intizamı itdi və “Sumqayıt” önə keçdi. “Kimyaçılar” “Kəpəz”i əks hücumlarda yaxaladılar”.

41 yaşlı mütəxəssis “Kəpəz”in cari mövsümdəki perspektivlərindən də danışdı:

“Bugünkü gündə nələrisə demək hələ çox tezdir. Yaxın 3-4 turda demək olar, bütün komandaların potensialı görünəcək. Düşünürəm ki, bəzi komandalar artıra-artıra gedəcək. Və futbolda belə bir şeylər də var, hansı ki, milli fasilələr olur. Bu fasilələr yaxşı olana pis, pis olana isə yaxşı təsir göstərə bilər. Yəni, bu amillər də var. Çünki hər fasilədə 15-17 gün vaxt olur ki, orada səhvlərin üzərində daha səlis, səliqəli işləmək imkanı tapırsan. Amma yenə deyirəm, bu gün hələ nələrisə demək çox tezdir”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button