Tokio-2020: Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək – bu gün

Bu gün Yaponiyanın paytaxtı Tokioda Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

Komanda.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Tokio paralimpiadası koronavirusa görə azarkeşsiz keçiriləcək.

Yarışda 22 idman növü üzrə ümumilikdə 4 min 400 idmançı mübarizə aparacaq. Paralimpiadada bu gün qolbol, üzgüçülük, stolüstü tennis, qılıncoynatma, basketbol, velosiped və reqbi yarışları keçiriləcək.

Azərbaycan paralimpiyaçıları Tokio-2020-yə 36 lisenziya qazansalar da, paracüdoçu Ramil Qasımov koronavirusa yoluxduğu üçün yarışdan kənarlaşdırılıb. Bu səbəbdən, komandanın bayraqdarı da dəyişdirilib. Qasımovla yaxın təmasda olduğu üçün karantinə alınan digər paracüdoçu İlham Zəkiyevi paraatlet Oloxan Musayev əvəzləyib. Beləliklə, ölkəni oyunlarda 35 idmançı təmsil edəcək. Bu, ötən paralimpiadalarla müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 10-u paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

  1. Pərvin Məmmədov (Pauerliftinq – 49 kq)
  2. Elşən Hüseynov (Pauerliftinq – 107 kq)
  3. Şamo Aslanov (Pauerliftinq – +107 kq)
  4. Nurlan Babacanov (Pauerliftinq – 97 kq)
  5. Roman Saley (Üzgüçülük – 100 metr məsafəyə arxası üstə üzmə, 50 metr məsafəyə sərbəst üsulla üzmə, 100 metr məsafəyə sərbəst üsulla üzmə, 100 metr məsafəyə baterflay üsulu ilə üzmə)
  6. Vəli İsrafilov (Üzgüçülük – 100 metr məsafəyə baterflay üsulu ilə üzmə, 100 metr məsafəyə brass üsulu ilə üzmə)
  7. Dana Şandıbina (Üzgüçülük – 100 metr məsafəyə brass üsulu ilə üzmə)
  8. Şəhanə Hacıyeva (Cüdo – 48 kq)
  9. Bəsti Səfərova (Cüdo – 52 kq)
  10. Vüqar Şirinli (Cüdo – 60 kq)
  11. Namiq Abbaslı (Cüdo – 66 kq)
  12. Sevda Vəliyeva (Cüdo – 57 kq)
  13. Xanım Hüseynova (Cüdo – 63 kq)
  14. Hüseyn Rəhimli (Cüdo – 81 kq)
  15. Dürsədəf Kərimova (Cüdo – +70 kq)
  16. Kənan Abdullaxanlı (Cüdo – 100 kq)
  17. İlham Zəkiyev (Cüdo – +100 kq)
  18. Oloxan Musayev – (Atletika – nüvə itələmə, disk atma)
  19. Elvin Astanov – (Atletika – nüvə itələmə)
  20. Həmid Heydəri (Atletika – nizə atma)
  21. Orxan Qasımov (Atletika – nizə atma)
  22. Samir Nəbiyev – (Atletika – nüvə itələmə)
  23. Elmir Cəbrayılov – (Atletika – 100 metr məsafəyə qaçış, 400 metr məsafəyə qaçış)
  24. Səid Nəcəfzadə (Atletika – uzunluğa tullanma)
  25. Kamil Əliyev (Atletika – uzunluğa tullanma)
  26. Yelena Çebanu (Atletika – 100 metr məsafəyə qaçış)
  27. Yuliya Yanovskaya (Atletika – 100 metr məsafəyə qaçış, 400 metr məsafəyə qaçış)
  28. Lamiyə Vəliyeva (Atletika – 100 metr məsafəyə qaçış, 400 metr məsafəyə qaçış)
  29. Orxan Aslanov – (Atletika – uzunluğa tullanma)
  30. Yelena Taranova (Güllə atıcılığı – 10 metr məsafəyə atma, 25 metr məsafəyə atma, 50 metr məsafəyə atma)
  31. Kamran Zeynalov (Güllə atıcılığı – 10 metr məsafəyə atma, 50 metr məsafəyə atma)
  32. Röyalə Fətəliyeva (Taekvondo – 49 kq)
  33. İmaməddin Xəlilov (Taekvondo – 61 kq)
  34. Əbülfəz Abuzərli (Taekvondo – 75 kq)
  35. Aynur Məmmədova (Taekvondo – +58 kq)

Yarışda Azərbaycan təmsilçiləri arasında ən tez (26 avqust) pauerliftinqçi Pərvin Məmmədov (49 kq) mübarizəyə başlayacaq. Paraüzgüçü Roman Saley dörd növdə, güllə atıcısı Yelena Taranova isə üç növdə qüvvəsini sınayacaq.

Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button