UEFA superkubokunu “Çelsi” qazandı
Bu gün UEFA superkubokunun qalibi məlum olub.
Komanda.az xəbər verir ki, həlledici matçda İngiltərənin “Çelsi” və İspaniyanın “Vilyarreal” komandaları üz-üzə gəlib. Şimali İrlandiyanın paytaxtı Belfastda keçirilən görüşün baş hakimi rusiyalı referi Sergey Karasyov olub.
Matçda hesabı ilk hissədə “Çelsi” açıb. Lakin ikinci hissədə ispanlar bərabərlik qolunu vurmağı bacarıblar. Əlavə vaxtda da başqa qol vurulmadığından, qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Çelsi” növbəti tituluna yiyələnib.
“Çelsi” ötən mövsüm Çempionlar Liqasının, “Vilyarreal” isə Avropa Liqasının qalibi olub.
UEFA superkuboku
11 avqust
Çelsi (İngiltərə) – Vilyarreal (İspaniya) 1:1 (penaltilər 6:5)
Qol: H.Ziyeş, 27 – J.Moreno, 73.
Baş hakim: Sergey Karasyov (Rusiya).
Çelsi: 16. Eduard Mendi, 2. Antonio Rudiger, 3. Markos Alonso, 7. Nqolo Kante (k), 11. Timo Verner, 14. Trevo Çaloba, 15. Kurt Zuma, 17. Mateo Kovaçiç, 20. Kallum Hadson-Odoi, 22. Hakim Ziyeş, 29. Kay Haverts.
Vilyarreal: 1. Serxio Asenso, 3. Raul Albiol (k), 4. Pau Torres, 7. Jerar Moreno, 8. Xuan Foyt, 14. Manu Triqeros, 16. Bulaye Dia, 18. Alberto Moreno, 21. Yeremi Pino, 24. Alfonso Pedrasa, 25. Etyen Kapue.
Bizi Facebook-da izləyin