UEFA superkubokunu “Bavariya” qazandı
Bu gün UEFA superkubokunun qalibi məlum olub.
Komanda.az xəbər verir ki, həlledici oyunda Almaniyanın “Bavariya” və İspaniyanın “Sevilya” klubları üz-üzə gəlib.
Qarşılaşma Macarıstanda – “Puşkaş Arena”da keçirilib.
“Bavariya” ötən mövsümdə Çempionlar Liqasının, “Sevilya” isə Avropa Liqasının qalibi olmuşdu. Bu komandaların duelində isə sevinən tərəf “Bavariya” olub.
UEFA superkuboku
24 sentyabr
Bavariya (Almaniya) – Sevilya (İspaniya) 2:1
Qol: Qoretska, 34. Martines, 104 – Okampos, 13-pen.
Baş hakim: Entoni Teylor (İngiltərə)
Macarıstan, “Puşkaş Arena”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin