
Türkiyə Rusiyaya qalib gəldi, İngiltərə Belçikaya uduzdu
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turuna yekun vurulub.
Komanda.az xəbər verir ki, C Liqasının 1-ci qrupunda yer alan Azərbaycan milli komandası da növbəti oyununa çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Monteneqro yığmasıyla üz-üzə gəlib və qolsuz heç-heçəyə razılaşıb. Qrupun digər matçında Kipr Lüksemburqu qəbul edib. Üç qolluq matçda meydan sahibləri əzmkar qələbəyə seviniblər.
A Liqasının 4-cü qrupunda Almaniya Ukrayna ilə qarşılaşmadan qalib ayrılıbsa, İspaniya İsveçrə səfərindən 1 xalla dönüb.
A Liqasının 3-cü qrupu çərçivəsində Portuqaliya – Fransa və İsveç – Xorvatiya matçları keçirilib. Fransızlar səfərdən qələbə ilə dönüblərsə, xorvatlar məğlubiyyətə üzülüblər.
4-cü tura bu gün oynanılan qarşılaşmalarla yekun vurulub. C Liqasının 1-ci qrupunda Türkiyə yığması doğma meydanda Rusiyanı qəbul edib və əzmkar qələbəyə sevinib. Qrupun digər matçında Macarıstan Serbiya ilə üz-üzə gəlib. Bu oyun heç-heçə yekunlaşıb.
A Liqasının 1-ci qrupunda Niderland Bosniya və Herseqovinanı, İtaliya isə Polşa yığmasını məğlub yola salıb.
A Liqasının 2-ci qrupunda Danimarka – İslandiya və Belçika – İngiltərə matçları keçirilib. Danimarkalılar çətin qələbəyə sevindikləri halda, ingilislər Belçikadan məğlub ayrılıblar.
UEFA Millətlər Liqası, qrup mərhələsi, 5-ci tur
14 noyabr
D Liqası, 1-ci qrup
Malta – Andorra 3:1
Qol: Qarsiya, 56-öz qapısına. Deqabriele, 59. Dimeç, 90+3 – Rebes, 3.
Latviya – Farer adaları 1:1
Qol: Kamess, 59 – Vatnhamar, 60.

D Liqası, 2-ci qrup
18:00 San Marino – Cəbəllütariq 0:0

C Liqası, 1-ci qrup
Azərbaycan – Monteneqro
Kipr – Lüksemburq 2:1
Qol: Kastanos, 34-pen; 71 – Kusulos, 5-öz qapısına.

A Liqası, 3-cü qrup
Portuqaliya – Fransa 0:1
Qol: Kante, 54.
İsveç – Xorvatiya 2:1
Qol: Kuluşevski, 36. Danielson, 45+2 – Danielson, 82-öz qapısına.

A Liqası, 4-cü qrup
İsveçrə – İspaniya 1:1
Qol: Freuler, 26 – Moreno, 89.
Almaniya – Ukrayna 3:1
Qol: Sane, 23. Verner, 33; 64 – Yaremçuk, 12.

15 noyabr
B Liqası, 2-ci qrup
Slovakiya – Şotlandiya 1:0
Qol: Qrequş, 32.
Çexiya – İsrail 1:0
Qol: Darida, 7.

C Liqası, 2-ci qrup
Şimali Makedoniya – Estoniya 2:1
Qol: Triçkovski, 29. Stoyanovski, 68 – Sappinen, 52.
Gürcüstan – Ermənistan 1:2
Qol: Vako, 65-pen – Qazaryan, 33. Adamyan, 86.

A Liqası, 1-ci qrup
Niderland – Bosniya və Herseqovina 3:1
Qol: Veynaldum, 6; 14. Depay, 55 – Prevlyak, 63.
İtaliya – Polşa 2:0
Qol: Jorjinyo, 27-pen. Berardi, 84.

B Liqası, 3-cü qrup
Türkiyə – Rusiya 3:2
Qol: K.Karaman, 27. C.Ünder, 32. C.Tosun, 52-pen. – Çerışev, 11. Kuzyayev, 57.
Macarıstan – Serbiya 1:1
Qol: Kalmar, 39 – Radonyiç, 17.

B Liqası, 4-cü qrup
Bolqarıstan – Finlandiya 1:2
Qol: İliev, 68-pen – Pukki, 7. Lod, 45+1.
Uels – İrlandiya 1:0
Qol: Bruks, 67.

C Liqası, 4-cü qrup
Albaniya – Qazaxıstan 3:1
Qol: Çikalleşi, 16. İsmayli, 23. Manaj, 62-pen – Abiken, 25.
Belarus – Litva 2:0
Qol: Yablonski, 5. Ebonq, 20.

A Liqası, 2-ci qrup
Belçika – İngiltərə 2:0
Qol: Tilemans, 10. Mertens, 24.
Danimarka – İslandiya 2:1
Qol: Eriksen, 12-pen; 90+1-pen – Kyartansson, 85.

B Liqası, 1-ci qrup
Avstriya – Şimali İrlandiya 2:1
Qol: Şaub, 81. Qrbiç, 87 – Magennis, 75.

C Liqası, 3-cü qrup
Moldova – Yunanıstan 0:2
Qol: Fortunis, 32. Bakasetas, 41.
Sloveniya – Kosovo 2:1
Qol: Kurtiç, 63. İliçiç, 90+3-pen – Muriqi, 57.

Bombardir: Erlinq Haland (Norveç) – 6 qol.
Bizi Facebook-da izləyin