Konfrans Liqası: “Roma” və “Tottenhem”dən darmadağın

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, H qrupunda yer alan “Qarabağ” Kiprdə “Omoniya”nın qonağı olub. GSP stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin əzmkar qələbəsiylə yekunlaşıb. Qrupun digər matçında İsveçrənin “Bazel” komandası doğma meydanda Qazaxıstan “Kayrat”ı məğlub edib.

İngiltərənin “Tottenhem” klubu G qrupunda Sloveniya “Mura”sını sınağa çəkib və darmadağına sevinib. Qrupun digər oyununda Niderland “Vitess”i doğma meydanda “Renn”ə (Fransa) uduzub.

Portuqaliyalı mütəxəssis Joze Mourinyonun rəhbərlik etdiyi “Roma” Ukrayna səfərində “Zarya”nı 3 cavabsız qolla yenib. Qrupun digər oyununda Bolqarıstan ÇSKA-sı Norveçin “Bude-Qlimt” komandası ilə bərabərə qalıb.

Konfrans Liqası, qrup mərhələsi, 2-ci tur

30 sentyabr

A qrupu

LASK (Avstriya) – Makkabi (Təl-Əviv, İsrail) 1:1
Qol
: Horvat, 10 – Şamir, 88.

Alaşkert (Ermənistan) – HJK (Finlandiya) 2:4
Qol
: Embalo, 24. Qlişiç, 90+3 – Ri.Riski, 8. Valençiç, 57.Ro.Riski, 63. Olusanya, 90+4.

B qrupu

Partizan (Serbiya) – Flora (Estoniya) 2:0
Qol
: Markoviç, 20; 42.

Gent (Belçika) – Anortosis (Kipr) 2:0
Qol
: Korrea, 28-öz qapısına. Kums, 81.

C qrupu

Zarya (Ukrayna) – Roma (İtaliya) 0:3
Qol
: El Şaravi, 7. Smollinq, 66. Abraham, 68.

ÇSKA (Bolqarıstan) – Bude-Qlimt (Norveç) 0:0

D qrupu

Alkmaar (Niderland) – Yablonets (Çexiya) 1:0
Qol
: Qudmundsson, 53.

ÇFR (Rumıniya) – Randers (Danimarka) 1:1
Qol
: Petrila, 68 – Kamara, 41.

E qrupu

Yunion (Almaniya) – Makkabi (Hayfa, İsrail) 3:0
Qol
: Voqlzammer, 33. Behrens, 48. Avoniyi, 76.

Feyenoord (Niderland) – Slaviya (Çexiya) 2:1
Qol
: O.Kökcü, 14. Linssen, 24 – Holes, 63.

F qrupu

Kopenhagen (Danimarka) – Linkoln (Cəbəllütariq) 3:1
Qol
: Diks, 4. Vind, 45+2-pen. Steyc, 52 – Rosa, 33.

PAOK (Yunanıstan) – Slovan (Slovakiya) 1:1
Qol
: Akpom, 9 – Qrin, 15.

G qrupu

Vitess (Niderland) – Renn (Fransa) 1:2
Qol
: Vittek, 30 – Jirassi, 54-pen. Sulemana, 70.

Tottenhem (İngiltərə) – Mura (Sloveniya) 5:1
Qol
: Alli, 4. Lo Çelso, 8. Keyn, 68; 76; 88 – Kous, 53.

H qrupu

Omoniya (Kipr) – Qarabağ (Azərbaycan) 1:4
Qol
: Y.Letsyaks, 40 – K.Malinovski, 52; 90+4. R.Şeydayev, 73. M.Medvedev, 79-pen.

Bazel (İsveçrə) – Kayrat (Qazaxıstan) 4:2
Qol
: Artur, 15. Lanq, 21; 40. Ndoye, 49 – Kante, 66. R.Alves, 68-pen.

Bombardir: Harri Keyn (“Tottenhem”), Yonas Vind (“Kopenhagen”) – 3 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button