Konfrans Liqası: “Qarabağ”ın potensial rəqibi bilindi

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, püşkatmada Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın da potensial rəqibi bəlli olub.

“Qarabağ” 3-cü mərhələdə Kiprin AEL komandasını mübarizədən kənarlaşdırsa, “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 19 və 26-da keçiriləcək.

Konfrans Liqası, pley-off mərhələsi

AEL (Kipr)/Qarabağ – Breydablik (İslandiya) – Aberdin (Şotlandiya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button