Konfrans Liqası: “Qarabağ” “Marsel”lə qarşılaşacaq
Bu gün futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub. Tədbirdə “Qarabağ”ın da pley-offdakı rəqibi bəlli olub.
Püşkatmada iştirak edən 16 komanda iki qrupa bölünmüşdü. H qrupunu 2-ci pillədə tamamlayan Ağdam klubu səpələnmişlər səbətində yer almışdı. Qurban Qurbanovun baç məşqçi olduğu komanda Avropa Liqasının qrup üçüncülərindən biri ilə qarşılaşacaqdı. Azərbaycan təmsilçisinin bəxtinə “Marsel” (Fransa) düşüb. “Köhlən atlar” bu rəqiblə ilk oyununu səfərdə keçirəcək.
Püşk zamanı eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzdilər.
Pley-off matçlarından sonra 8 cütün qalibi Konfrans Liqasında qruplarını ilk sırada başa vurmuş 8 kollektivə qoşulacaq.
Pley-off mərhələsində ilk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq.
Avropa Konfrans Liqası
Pley-off mərhələsi
Marsel (Fransa) – Qarabağ (Azərbaycan)
PSV (Niderland) – Makkabi (Təl-Əviv, İsrail)
Fənərbaxça (Türkiyə) – Slaviya (Praqa, Çexiya)
Midtyulland (Danimarka) – PAOK (Yunanıstan)
Lester Siti (İngiltərə) – Randers (Danimarka)
Seltik (Şotlandiya) – Bodo Qlimt (Norveç)
Sparta (Praqa, Çexiya) – Partizan (Serbiya)
Rapid (Vyana, Avstriya) – Vitess (Niderland)
Bizi Facebook-da izləyin