Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri məlum oldu

Bu gün UEFA Konfrans Liqasında 3-cü mərhələnin püşkü atılıb.

Komanda.az xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayıb. Püşkatmada Azərbaycan təmsilçiləri “Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin də potensial rəqibləri müəyyənləşib.

2-ci mərhələdə İsrailin “Aşdod” komandası ilə üz-üzə gələcək “Qarabağ” püşkatmada səpələnmişlər səbətində yer alıb. “Sumqayıt” və Rusiya “Soçi”sinin rəqibi olan “Keşlə” isə səpələnməmişlər sırasında olub.

“Qarabağ” 2-ci mərhələdə İsrailin “Aşdod” komandasını mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə AEL (Kipr) – “Vlazniya” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

“Sumqayıt” “Çukariçki” (Serbiya) səddini aşsa, “Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya) cütünün qalibi ilə üz-üzə gələcək.

“Keşlə” “Soçi” (Rusiya) səddini aşsa, növbəti mərhələdə “Partizan” (Serbiya) – “Dunayskaya Ştreda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

Konfrans Liqası, 3-cü mərhələ

AEL (Kipr)/“Vlazniya” (Albaniya) – “Qarabağ”/”Aşdod” (İsrail)
“Sumqayıt”/”Çukariçki” (Serbiya) – “Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya)
“Keşlə”/”Soçi” (Rusiya) – “Partizan” (Serbiya)/”Dunayskaya Ştreda” (Slovakiya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button