“Liverpul”dan darmadağın, “İnter” və “Barselona”dan qələbə

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulacaq.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.

A qrupunda “Qalatasaray” turnirin ən titullu klubu “Real”ı qəbul edib. İlk iki turda qələbə üzü görməyən rəqiblərin dueli böyük maraq doğrurdu. Qarşılaşma İspaniya nəhənginin qələbəsiylə yekunlaşıb. Qrupun digər matçında PSJ səfərdə “Brügge”ni darmadağın edib.

B qrupunun lideri “Bavariya” “Olimpiakos”un qonağı olub. Bol qollu matçda Münhen təmsilçisi çətin qələbəyə sevinib. “Tottenhem” də “Srvena Zvezda”ya böyük hesabla qalib gəlib.

C qrupunda itkisiz irəliləyən “Mançester Siti” doğma arenasında autsayder “Atalanta”nı sınağa çəkib. Hesabı qonaqlar açsa da, sonda MS darmadağına sevinib.

D qrupunda favoritlər “Yuventus” və “Atletiko” ev oyununa çıxıb. Turin təmsilçisi Moskva “Lokomotiv”ini, Madrid klubu isə “Bayer”i məğlub yola salıb.

Üçüncü tura bu gün keçirilən 8 qarşılaşma ilə yekun vurulub.

E qrupunun favoritləri “Liverpul”la “Napoli” autsayderlərin qonağı olub. İngiltərə nəhəngi “Genk”lə səfər matçında darmadağına sevinibsə, İtaliya təmsilçisi “Zalsburq”u çətinliklə məğlub edib.

F qrupuna eyni xalla liderlik edən “Barselona” ilə Dortmund “Borussiya”sı da səfər sınağına çıxıb. Kataloniyalılar “Slaviya” ilə görüşdə çətin qələbəyə seviniblər. Almaniya klubu isə Milan “İnter”i ilə görüşdən məğlub ayılıb.

Eyni vəziyyət G qrupu üçün də keçərli idi. “Zenit”lə “Lion” müvafiq olaraq, “Leypsiq” və “Benfika”nın meydanında mübarizə aparıb. “Zenit” hesabı açdığı qarşılaşmadan məğlubiyyətlə ayrılıb. Portuqaliyada da meydan sahibləri sevinən tərəf olub.

H qrupunda “Ayaks”la “Çelsi” üz-üzə gəlib. London klubu səfərdə minimal hesabla üstün olub. Qrupun digər matçında da “Valensiya” səfərdə “Lill” ilə heç-heçəyə razılaşıb.

Çempionlar Liqası, qrup mərhələsi, 3-cü tur

22 oktyabr

C qrupu

Şaxtyor (Donetsk, Ukrayna) – Dinamo (Zaqreb, Xorvatiya) 2:2
Qol
: Konoplyanka, 16. Dodo, 75 – Olmo, 25. Orşiç, 60.

Mançester Siti (İngiltərə) – Atalanta (İtaliya) 5:1
Qol
: Aquero, 34; 38-pen. Sterlinq, 58; 64; 69 – Malinovski, 28-pen.

D qrupu

Atletiko (Madrid, İspaniya) – Bayer (Leverkuzen, Almaniya) 1:0
Qol
: Morata, 78.

Yuventus (İtaliya) – Lokomotiv (Moskva, Rusiya) 2:1
Qol
: Dibala, 77; 79 – Mirançuk, 30.

A qrupu

Qalatasaray (Türkiyə) – Real (İspaniya) 0:1
Qol
: Kroos, 18.

Brügge (Belçika) – PSJ (Fransa) 0:5
Qol
: İkardi, 7; 63. Mbappe, 61; 79; 83.

B qrup

Olimpiakos (Yunanıstan) – Bavariya (Almaniya) 2:3
Qol
: El Arabi, 23. Gilyerme, 79 – Levandovski, 34; 62. Tolisso, 75.

Tottenhem (İngiltərə) – Srvena Zvezda (Serbiya) 5:0
Qol
: Keyn, 9; 72. Min, 16; 44. Lamela, 57.

23 oktyabr

G qrupu

Leyptsiq (Almaniya) – Zenit (Rusiya) 2:1
Qol
: Laymer, 49 Sabitzer, 59 – Rakitski, 25.

Benfika (Portuqaliya) – Lion (Fransa) 2:1
Qol
: Qol: R.Silva, 4.Pitsi, 86 – Depay, 70.

H qrupu

Ayaks (Hollandiya) – Çelsi (İngiltərə) 0:1
Qol
: Batşuayi, 86.

Lill (Fransa) – Valensiya (İspaniya) 1:1
Qol
: İkone, 90+5 – Çerışev, 63.

E qrupu

Zalsburq (Avstriya) – Napoli (İtaliya) 2:3
Qol
: Haaland, 40-pen; 72 – Mertens, 17; 64. İnsinye, 73.

Genk (Belçika) – Liverpul (İngiltərə) 1:4
Qol
: Odey, 88 – Oksleyd-Çemberleyn, 2; 57. Mane, 77. Salah, 87.

F qrupu

İnter (İtaliya) – Borussiya (Dortmund, Almaniya) 2:0
Qol
: L.Martines, 22. Kandreva, 89.

Slaviya (Praqa, Çexiya) – Barselona (İspaniya) 1:2
Qol
: Boril, 50 – Messi, 3. Olayinka, 57-öz qapısına.

Bombardir: Ervinq Halland (Zalsburq) – 6 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button