“Qarabağ” “Molde”ni keçsə, bu komandayla qarşılaşacaq
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, püşkatma mərasimi saat 14:00-da başlayıb.
Püşkdə Azərbaycanın “Qarabağ” klubunun da pley-off mərhələsindəki potensial rəqibi məlum olub. “Köhlən atlar” 3-cü təsnifat mərhələsində Norveçin “Molde” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, “Ferentsvaroş” (Macarıstan) – “Dinamo” (Xorvatiya) matçının qalibiylə qarşılaşacaq.
Pley-off mərhələsinin ilk matçları 22-23 sentyabr, cavab qarşılaşmaları isə 29-30 sentyabr tarixlərində oynanılacaq.
“Qarabağ” – “Molde” oyunu sentyabrın 15-də və ya 16-da Bakıda keçiriləcək.
Çempionlar Liqası, pley-off mərhələsi
Qarabağ/Molde (Norveç) – Ferentsvaroş (Macarıstan)/Dinamo (Zaqreb, Xorvatiya)
Bizi Facebook-da izləyin