Çempionlar Liqası: “Benfika” PSV-ni məğlub yola saldı
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Fransanın “Monako” komandası doğma meydanda Ukrayna “Şaxtyor”unu qəbul edib və minimal hesabla uduzub.
3-cü mərhələdə Serbiyanın “Srvena Zvezda” komandasını mübarizədən kənarlaşdıraraq, sürprizə imza atan “Şerif” (Moldova) bu mərhələdə Zaqreb “Dinamo”su ilə üz-üzə gəlib. Sözügedən komanda bu oyunda da darmadağına imza atmaqla diqqət mərkəzinə düşüb.
Avstriyanın “Zalsburq” komandasının rəqibi isə Danimarka “Brondbü”sü olub. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Pley-off mərhələsinin digər görüşləri ikinci oyun günündə keçirilib. “Benfika” PSV-ni, “Malmö” “Ludoqorets”i, “Yanq Boyz” isə “Ferentsvaroş”u məğlub yola salıb.
Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar
17 avqust
Monako (Fransa) – Şaxtyor (Donetsk, Ukrayna) 0:1
Şerif (Moldova) – Dinamo (Zaqreb, Xorvatiya) 3:0
Zalsburq (Avstriya) – Brondbü (Danimarka) 2:1
18 avqust
Benfika (Portuqaliya) – PSV (Niderland) 2:1
Malmö (İsveç) – Ludoqorets (Bolqarıstan) 2:0
Yanq Boyz (İsveçrə) – Ferentsvaroş (Macarıstan) 3:2
Bizi Facebook-da izləyin