Çempionlar Liqası: “Neftçi”nin potensial rəqibi məlum oldu

Bu gün UEFA Çempionlar Liqasında 3-cü mərhələnin püşkü atılıb.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayıb. Tədbirdə Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi”nin də potensial rəqibi məlum olub.

“Neftçi” 2-ci mərhələdə “Olimpiakos”u (Yunanıstan) keçsə, 3-cü mərhələdə “Mura” (Sloveniya) – “Ludoqorets” (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

3-cü mərhələnin görüşləri 3-4 və 10 avqustda oynanılacaq.

“Neftçi” 2-ci mərhələ çərçivəsində “Olimpiakos”la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə iyulun 28-də Bakıda keçirəcək.

UEFA Çempionlar Liqası, 3-cü mərhələ

“Olimpiakos” (Yunanıstan)/“Neftçi” (Azərbaycan) – “Mura” (Sloveniya)/“Ludoqorets” (Bolqarıstan)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button