Çempionlar Liqası: Mahirli “Legiya”nın “Dinamo” ilə heç-heçə etdi
Bu gün UEFA Çempionlar Liqasında 3-cü mərhələnin ilk oyunlarına yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.
2-ci mərhələdə “Neftçi”ni mübarizədən kənarlaşdıran “Olimpiakos” (Yunanıstan) bu dəfə Bolqarıstanın “Ludoqorets” komandası ilə qarşılaşıb.
Fransa “Monako”su Çexiya səfərində “Sparta” ilə üz-üzə gəlib. Ötən mərhələdə “Qalatasaray”ı məğlub edən Niderland PSV-sinin rəqibi isə Danimarkanın “Midtyulland” komandası olub.
Bu gün daha üç qarşılaşma keçirilib. Moskva “Spartak”ı doğma meydanda “Benfika”nı qəbul edəcək. Görüş “Benfika”nın inamlı qələbəsiylə başa çatıb. Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” səfərdə Zaqreb “Dinamo”su ilə heç-heçə edib.
Macarıstanın “Ferentsvaroş” komandası isə doğma meydanda Çexiya “Slaviya”sını məğlubiyyətə uğradıb.
Çempionlar Liqası, 3-cü mərhələ, ilk oyunlar
3 avqust
Malmö (İsveç) – Reyncers (Şotlandiya) 2:1
Sparta (Praqa, Çexiya) – Monako (Fransa) 0:2
ÇFR (Kluj, Rumıniya) – Yanq Boyz (İsveçrə) 1:1
Genk (Belçika) – Şaxtyor (Donetsk, Ukrayna) 1:2
PSV (Niderland) – Midtyulland (Danimarka) 3:0
Srvena Zvezda (Serbiya) – Şerif (Moldova) 1:1
Olimpiakos (Yunanıstan) – Ludoqorets (Bolqarıstan) 1:1
4 avqust
Spartak (Moskva, Rusiya) – Benfika (Portuqaliya) 0:2
Dinamo (Zaqreb, Xorvatiya) – Legiya (Polşa) 1:1
Ferentsvaroş (Macarıstan) – Slaviya (Praqa, Çexiya) 2:0
Bizi Facebook-da izləyin