Çempionlar Liqası: “Legiya” və “Qalatasaray”ın potensial rəqibi bilindi
Bu gün UEFA Çempionlar Liqasında 3-cü mərhələnin püşkü atılıb.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” 2-ci mərhələni keçsə, 3-cü mərhələdə “Dinamo” (Zaqreb, Xorvatiya) – “Omoniya” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq
Türkiyənin “Qalatasaray” komandası PSV səddini aşsa, 3-cü mərhələdə “Seltik” (Şotlandiya) – “Midtyulland” (Danimarka) cütünün qalibi ilə üz-üzə gələcək.
Çempionlar Liqası, 3-cü mərhələ
Əsas yol
“Dinamo” (Zaqreb, Xorvatiya)/“Omoniya” (Kipr) – “Legiya” (Polşa)/“Flora” (Estoniya)
“Linkoln” (Cəbəllütariq)/ÇFR (Rumıniya) – “Slovan” (Slovakiya)/“Yanq Boyz” (İsveçrə)
“Olimpiakos” (Yunanıstan)/“Neftçi” (Azərbaycan) – “Mura” (Sloveniya)/“Ludoqorets” (Bolqarıstan)
“Kayrat” (Qazaxıstan)/“Srvena zvezda” (Serbiya) – “Alaşkert” (Ermənistan)/“Şerif” (Moldova)
“Malmö” (İsveç)/HİK (Finlandiya) – Reyncers (Şotlandiya)
“Ferentsvaroş” (Macarıstan)/“Jalgiris” (Vilnüs, Litva) – “Slaviya” (Çexiya)
Liqa yolu
PSV (Niderland)/”Qalatasaray” (Türkiyə) – “Seltik” (Şotlandiya)/”Midtyulland” (Danimarka)
“Spartak” (Moskva, Rusiya) – “Benfika” (Portuqaliya)
“Genk” (Belçika) – “Şaxtyor” (Donetsk, Ukrayna)
“Monako” (Fransa) – “Rapid” (Vyana, Avstriya)/”Sparta” (Praqa, Çexiya)
Bizi Facebook-da izləyin