“Beşiktaş” uduzdu, “Real”, MS və “Liverpul” qalib gəldi

UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün qrup mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, 1-ci turun ilk oyun günündə E, F, G və H qrupunun matçları keçirilib.

E qrupunda İspaniyanın “Barselona” komandası doğma meydanda Almaniya “Bayern”i ilə qarşılaşıb. Münhen təmsilçisi səfərdə darmadağına sevinib. Qrupun digər matçında “Benfika” Kiyevdə “Dinamo”nun qonağı olub. Bu oyunda isə qapılara qol vurulmayıb.

Turnirin son qalibi “Çelsi” H qrupu çərçivəsində ilk turda Rusiya təmsilçisi “Zenit”i sınağa çəkib və minimal hesabla üstün olub. İtaliya A Seriyasında mövsümə uğursuz start verən “Yuventus”un ÇL-də ilk rəqibi “Malmö” (İsveç) olub. Turin təmsilçisi səfərdə darmadağına sevinib.

F qrupunda heyətini Kriştiano Ronaldo ilə gücləndirən “Mançester Yunayted” İsveçrənin “Yanq Boyz” komandası ilə üz-üzə gəlib. Hesabı məhz Ronaldonun qolu ilə “qırmızı şeytanlar” açsa da, sonda meydan sahibləri əzmkar qələbə qazanıblar. Qrupun digər oyununda “Atalanta” “Vilyarreal”ın müqavimətini qırmağa çalışıb. Dörd qolun qeydə alındığı bu oyun heç-heçə yekunlaşıb.

Qrup mərhələsinin digər oyunları bu gün keçirilib. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” Almaniyanın “Borussiya” (Dortmund) komandasını qəbul edib. İstanbulda baş tutan görüşdə qələbəni qonaqlar bayram ediblər. Qrupun digər görüşündə Niderland “Ayaks”ı Portuqaliyada “Sportinq”i darmadağın edib.

A qrupunda yer alan turnirin son finalçısı “Mançester Siti” İngiltərədə Almaniya “Leyptsiq”ini qəbul edib. Kifayət qədər məhsuldar alınan görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Fransa PSJ-si isə Belçikada “Brügge” ilə heç-heçəyə razılaşıb.

B qrupunda İspaniya çempionu “Atletiko” (Madrid) Portuqaliya “Portu”su, İngiltərə “Liverpul”u isə İtaliya “Milan”ı ilə münasibətlərinə aydınlıq gətirib. Madriddəki oyunda qapılara qol vurulmayıb. Dramatik alınan digər oyunda isə İngiltərə nəhəngi qələbə qazanan tərəf olub.

Gecənin maraqlı oyunlarından biri D qrupunda olub. İspaniya “Real”ı İtaliyada “İnter”lə qarşılaşıb. Bu oyunda qonaqlar minimal hesabla qalib gəliblər.

Çempionlar Liqası, qrup mərhələsi, 1-ci tur

14 sentyabr

F qrupu

Yanq Boyz (İsveçrə) – Mançester Yunayted (İngiltərə) 2:1
Qol
: Nqamaleu, 66. Sibaço, 90+5 – Ronaldo, 13.

Vilyarreal (İspaniya) – Atalanta (İtaliya) 2:2
Qol
: Triqeros, 39. Danjuma, 73 – Freuler, 6. Qosens, 83.

G qrupu

Sevilya (İspaniya) – Zalsburq (Avstriya) 1:1
Qol
: Rakitiç, 42-pen – Suçiç, 21-pen.

Lill (Fransa) – Volfsburq (Almaniya) 0:0

E qrupu

Barselona (İspaniya) – Bayern (Almaniya) 0:3
Qol
: Müller, 33. Levandovski, 56; 85.

Dinamo (Kiyev, Ukrayna) – Benfika (Portuqaliya) 0:0

H qrupu

Çelsi (İngiltərə) – Zenit (Rusiya) 1:0
Qol
: Lukaku, 69.

Malmö (İsveç) – Yuventus (İtaliya) 0:3
Qol
: A.Sandro, 23. Dibala, 45-pen. Morata, 45+1.

15 sentyabr

C qrupu

Beşiktaş (Tükiyə) – Borussiya (Dortmund, Almaniya) 1:2
Qol
: Montero, 90+4 – Bellingem, 20. Haland, 45+3.

Sportinq (Portuqaliya) – Ayaks (Niderland) 1:5
Qol
: Paulinyo, 33 – Haller, 2; 9; 51; 63. Berqeys, 39.

D qrupu

Şerif (Moldova) – Şaxtyor (Ukrayna) 2:0
Qol
: A.Traore, 16. Yansane, 62.

İnter (İtaliya) – Real (İspaniya) 0:1
Qol
: Rodriqo, 90.

A qrupu

Mançester Siti (İngiltərə) – Leyptsiq (Almaniya) 6:3
Qol
: Ake, 16. Mukiele, 28-öz qapısına. Mahrez, 45+2-pen. Qriliş, 56. Kanselo, 75. Q.Jezus, 86 – Nkunku, 42; 51; 73.

Brügge (Belçika) – PSJ (Fransa) 1:1
Qol
: Vanaken, 27 – A.Herrera, 15.

B qrupu

Liverpul (İngiltərə) – Milan (İtaliya) 3:2
Qol
: Tomori, 9-öz qapısına. Salah, 49. Henderson, 69 – Rebiç, 42; B.Dias, 44.

Atletiko (İspaniya) – Portu (Portuqaliya) 0:0

Bombardir: Robert Levandovski (“Bayern”) – 2 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button