
“Bavariya”dan “Atletiko”ya 4 cavabsız qol, “Real”dan gözlənilməz məğlubiyyət
UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün qrup mərhələsinin ilk turuna start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarının oyunları keçirilib.
G qrupu çərçivəsində “Yuventus” səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşıb və inamlı qələbəyə sevinib. Qrupun digər oyununda “Barselona” Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edib və darmadağınla qalib gəlib.
Günün maraqla gözlənilən qarşılaşmasında H qrupunda yer alan PSJ və “Mançester Yunayted” komandaları Parisdə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbə qazanıblar. Qrupun digər oyununda Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” “Leyptsiq”in qonağı olub və məğlubiyyətlə üzləşib.
F qrupunda “Zenit” evdə “Brügge”yə uduzub. Dortmund “Borussiya”sı isə “Latsio” ilə səfər oyunundan məğlub ayrılıb.
E qrupu çərçivəsində baş tutan “Renn” – “Krasnodar” və “Çelsi” – “Sevilya” matçında qalib müəyyənləşməyib.
Turnirin son qalibi “Bavariya” Almaniyada “Atletiko” ilə görüşüb və rəqibini darmadağınla yola salıb. A qrupunda keçirilən digər qarşılaşmada “Zalsburq” “Lokomotiv”i qəbul edib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
B qrupunda yer alan Çempionlar Liqasının ən titullu komandası “Real” Madriddə “Şaxtyor”la, “İnter” Milanda “Borussiya” (Münhenqladbax) ilə üz-üzə gəlib. İspaniya nəhənginin gözlənilməz məğlubiyyətlə üzləşdiyi gündə İtaliya təmsilçisi də almanlarla heç-heçəyə razılaşıb.
C qrupunun favoriti “Mançester Siti” “Portu”nu məğlub edib. Marsel “Olimpik”i isə “Olimpiakos”un qonağı olub və minimal hesabla uduzub.
İngiltərə çempionu “Liverpul” Niderland səfərində “Ayaks”la üz-üzə gəlib və minimal hesabla üstün olub. Danimarkada baş tutan qrupun digər qarşılaşmasında isə “Midtyulland” “Atalanta”ya böyük hesabla məğlub olub.
Çempionlar Liqası, qrup mərhələsi, 1-ci tur
20 oktyabr
F qrupu
Zenit (Rusiya) – Brügge (Belçika) 1:2
Qol: Horvat, 74 – Dennis, 63. Ketelaere, 90+3.
Latsio (İtaliya) – Borussiya (Dortmund, Almaniya) 3:1
Qol: İmmobile, 6. Hits, 23-öz qapısına. Akpro, 76 – Haland, 71.

G qrupu
Dinamo (Kiyev, Ukrayna) – Yuventus (İtaliya) 0:2
Qol: Morata, 46; 84.
Barselona (İspaniya) – Ferentsvaroş (Macarıstan) 5:1
Qol: Messi, 27-pen. Fati, 42. Koutinyo, 52. Pedri, 82. Dembele, 89 – Xaratin, 70-pen.

E qrupu
Renn (Fransa) – Krasnodar (Rusiya) 1:1
Qol: Jirassi, 56 – K.Ramires, 59.
Çelsi (İngiltərə) – Sevilya (İspaniya) 0:0

H qrupu
PSJ (Fransa) – Mançester Yunayted (İngiltərə) 1:2
Qol: Marsial, 55-öz qapısına – B.Fernandes, 23-pen. Reşford, 87.
Leyptsiq (Almaniya) – Başakşəhər (Türkiyə) 2:0
Qol: Anxelinyo, 16; 20.

21 oktyabr
A qrupu
Zalsburq (Avstriya) – Lokomotiv (Moskva, Rusiya) 2:2
Qol: Soboslay, 45. Yunusoviç, 50 – Eder, 19. Lusakoviç, 75.
Bavariya (Almaniya) – Atletiko (İspaniya) 4:0
Qol: Koman, 28; 72. Qoretska, 41. Tolisso, 66.

B qrupu
Real (İspaniya) – Şaxtyor (Donetsk, Ukrayna) 2:3
Qol: Modriç, 54. J.Vinisius, 59 – Tete, 29. Varan, 33-öz qapısına. Solomon, 42.
İnter (İtaliya) – Borussiya (Münhenqladbax, Almaniya) 2:2
Qol: Lukaku, 49; 90 – Bensebaini, 63-pen. Hofmann, 85.

C qrupu
Mançester Siti (İngiltərə) – Portu (Portuqaliya) 3:1
Qol: Aquero, 21-pen. İ.Gündoğan, 65. Torres, 73 – Luis Dias, 14.
Olimpiakos (Yunanıstan) – Marsel (Fransa) 1:0
Qol: Koka, 90+1.

D qrupu
Ayaks (Niderland) – Liverpul (İngiltərə) 0:1
Qol: Talyafiko, 35-öz qapısına.
Midtyulland (Danimarka) – Atalanta (İtaliya) 0:4
Qol: Sapata, 26. A.Qomes, 36. Muriel, 42. Mirançuk, 89.

Bombardir: Romelu Lukaku (İnter), Kinqsli Koman (Bavariya), Alvaro Morata (Yuventus), Anxelinyo (Leyptsiq) – 2 qol.
Bizi Facebook-da izləyin